Rusiyaya gedən qatarların biletləri ucuzlaşıb
30 Sentyabr 2009 Çərşənbə 23:35
Rusiyaya gedən qatarların biletləri ucuzlaşıb. Biletlərin qiyməti 15 faiz enib.
Qərb bölgəsindən Rusiyaya gedən qatarların biletləri ucuzlaşıb. Bu barədə Gəncə Dəmiryol Vağzalının rəisi Zahid Xəlilov məlumat verib.
Onun sözlərinə görə, biletlərin qiyməti 15 faiz enib. Bunun da səbəbi hava şəraiti ilə bağlı sərnişin sayının azalmasıdır.

Ölkə daxili hərəkət edən qatarların biletlərinin dəyəri isə dəyişməyib. Hazırda dəmiryol xətlərində və qatarların hərəkətində heç bir problem yoxdur.

Sentyabrın 20-dən 21-ə keçən gecə Qazıməmməd-Bakı istiqamətində yağışın yaratdığı daşqınlar dəmiryol xəttlərini sıradan çıxarsa da, bu problem tez bir zamanda aradan qaldırılıb.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar