Rusiyanın "Eurovision"da Azərbaycan duetini dəstəkləməsi bizim üçün çox dəyərlidir. ANS PRESS-in "Euronews" telekanalına istinadən verdiyi məlumata görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə deyib. Hal-hazırda Ümumdünya turizm və səyahət şurasının Las-Veqasda keçirilən 11-ci sammitində iştirak edən Əbülfəs Qarayev bununla bağlı Rusiyaya minnətdarlıq edib.
"Eldar və Nigar 221 bal toplayaraq 42 ölkəni geridə qoymaqla ilk dəfə Azərbaycanın tarixinə "Eurovision" qələbəsini gətirdilər" – deyə nazir qeyd edib.
Ə.Qarayev səsvermə zamanı və nəticələr bəlli olduqdan sonra Rusiyadan milli duetimizi dəstəkləyən zənglər aldığını da gizlətməyib.
"Rusiyanın "Eurovision"da Azərbaycanı dəstəkləməsi çox dəyərlidir"
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə deyib




Şərhlər