Rusiyadan Azərbaycana gətirilən siqaret və içki bahalaşacaq
Gələn il həyata keçiriləcək bahalaşmanın səbəbi aksizlərin artırılmasıdır.
Gələn ildən Rusiyadan Azərbaycana gətirilən siqaretlər və alkoqollu içkilər bahalaşacaq. Buna Rusiya hökumətinin bu məhsullara tətbiq edilən aksizlərini 25-30 faiz artırması səbəb olacaq. Rusiyanın maliyyə naziri Aleksey Kudrin deyib ki, aksizlər kəskin şəkildə deyil, tədricən artırılacaq. ANSPRESS




Şərhlər