Rusiya-Gürcüstan müharibəsi ANS efirində
08 Avqust 2011 Bazar Ertəsi 12:12
“Avqustun 5 günü” filminə tamaşa etmək istəyənlər bu axşam 00:30-da ekranlara yaxın otursunlar
Bu gün Rusiya ilə Gürcüstan arasında baş vermiş muharibədən 3 il ötür. Müharibənin ərəfəsi və müharibədə baş verən hadisələr barəsində film çəkilib. Gürcüstanda “Avqustun 5 günü”, digər ölkələrdə isə “Müharibənin 5 günü” adlanan bu film finlandiyalı rejissor Reni Hari tərəfindən ekranlaşdırılıb. Məhşur Hollivud aktyorları Endi Qarsia, Vel Kilmer, Rupert Frend və başqalarının çəkildiyi bu filmin yaradılmasında hətta Gürcüstan prezidenti Mixail Saakaşvilli də iştirak edib. Belə ki, o Endi Qarsiyanın canlandırdığı prezident rolunu özü səsləndirib. 36 gün çəkən filmin çəkilişləri 2009-cu ildə Tiflisdə başlayıb və 12 milyon dollara başa gəlib. 2011-ci ilin iyun ayında filmin premyerasında filmdə çəkilmiş aktyorlardan başqa, digər məşhurlar da iştirak edib. Premyeradan yığılan vəsait müharibədə əziyyət çəkmiş insanlara verilib.
Qeyd edək ki, “Müharibənin 5 günü” filmi bu gün saat 00:30-da ANS kanalında nümayiş etdiriləcək.
DOSTLARINLA PAYLAŞ: