Riqada “Azərbaycan” restoranı açıldı
13 Avqust 2011 Şənbə 03:19
Açılışda iştirak edən latviyalılar kababı xüsusilə bəyəniblər
Avqustun 12-də Riqada göl kənarında “Azərbaycan” milli mətbəxi restoranının təntənəli açılışı olub. Açılış mərasimində Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov, Latviyanın Azərbaycandakı səfiri Xardiys Baumanis, seymin deputatı, Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Aleksandr Sakovski, Baltika Beynəlxalq Akademiyasının rektoru Stanislav Buka, bu ölkədə yaşayan azərbaycanlıların nümayəndələri, biznesmenlər iştirak ediblər.

E.Zeynalov çıxışında qonaqları salamlayaraq deyib ki, çoxdan gözlənilən restoran, nəhayət ki, rəsmi şəkildə açılıb: “Hər bir xalqın mətbəxi onun mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Latviyalı dostlarımıza zəngin mədəniyyətimiz barədə çox danışmışıq. Lakin indi bu mədəniyyətin bir hissəsi olan Azərbaycan kulinariyasını əyani şəkildə göstərmək imkanımız var”.

Restoranın sahibi Elnur Süleymanov mərasimə toplaşanlara razılığını bildiriç və onları Azərbaycan mətbəxinin təamlarından dadmağa dəvət edib. Azərbaycan plovunun və qoyun ətindən hazırlanmış kababın dadı qonaqların xüsusilə xoşuna gəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar