Respublikada qatarların hərəkəti bərpa olunub
06 Fevral 2010 Şənbə 13:25
Hazırda qatarlar təyinatı üzrə hərəkət edir
Paytaxtdan demək olar ki, respublikanın bütün istiqamətlərinə gedən qatarların hərəkəti bərpa olunub. Azərbaycan Dövlət Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətinin mətubat katibi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, dəmir yolunun Heybət - Hacıqabul sahəsində güclü küləyin təsiri ilə kontakt şəbəkəsinin qırılması səbəbindən qatarların hərəkətində müəyyən fasilələr yaranmışdı.
Onun sözlərinə görə, artıq şəbəkə bərpa olunub və qatarlar təyinatı üzrə hərəkət edir.
Nadir Əzməmmədov həmçinin bildirib ki, havaların pis keçməsi ilə əlaqədar sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə qatarlara sürət məhdudiyəti qoyulub. Normal hava şəraitində saat 80-100 km/sürətlə hərəkət edən qatarlar, indi saatda 50-60 və bəzən də 30-la gedir.
Xatırladaq ki, bu gün enerjinin olmaması səbəbindən respublikanın demək olar ki, bütün istiqamətlərinə gedən qatarların hərəkəti dayanmışdı. Sərnişinlər isə Qaradağ rayonu Sənqəçal istiqamətində küçələrdə qalmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: