Ölkə

Rəsmi Tehran Azərbaycanın etiraz notasına cavab verib

İran tərəfinin izahedici məktubu Xarici İşlər Nazirliyinə təqdim olunub

· Xəbərçi
Rəsmi Tehran Azərbaycanın etiraz notasına cavab verib
Rəsmi Tehran “FARS” xəbər agentliyinin 09.08.2011-ci il tarixli sayında İran silahlı qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan rəhbərliyinin və xalqının ünvanına söylədiyi yersiz fikirlərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyininin etiraz notasına cavab verib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, rəsmi Tehranın Azərbaycanın etiraz məktubuna cavabı bu günlərdə XİN-ə diplomatik kanallarla təqdim edilib.

Elman Abdullayevin sözlərinə görə, hazırda Azərbaycan tərəfi məktubun məzmununu nəzərdə keçirir. Sözçü məktubun məzmununu açıqlamayıb.

Şərhlər