Ölkə

Rəsmi Bakı Abxaziyada keçirilmiş "prezident seçkiləri"ni tanımır

Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb

· Xəbərçi
Rəsmi Bakı Abxaziyada keçirilmiş "prezident seçkiləri"ni tanımır
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirib. Ölkəmizin xarici siyasət idarəsi Abxaziyada 26 avqust 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Cenevrə müzakirələrini tam dəstəkləyir və münaqişənin həlli istiqamətində hazırkı nizamlama prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə inanır.

Şərhlər