“Reket” nəşrlərin növbəti siyahısı
29 İyul 2009 Çərşənbə 18:05
Azərbaycan Mətbuat Şurası (MŞ) “reket” nəşrlərin növbəti “qara siyahısı”nı açıqlayıb. MŞ-dan APA-ya daxil olan siyahı qurumun İdarə Heyətinin iyulun 21-də keçirilmiş iclasında müəyyənləşdirilib.
Qeyd edək ki, MŞ indiyədək açıqladığı siyahıya 71 nəşrin adını daxil etmişdi. İdarə heyətinin sonuncu iclasının qərarından sonra isə siyahıya daha 9 nəşrin adı əlavə olunub. Bundan başqa, iclasda daha iki nəşrə xəbərdarlıq edilib.

Onu da əlavə edək ki, əvvəlki siyahılardan fərqli olaraq, MŞ bu dəfə “reket” elan etdiyi nəşrlərin baş redaktorlarının və təsisçilərinin də adlarını göstərib. APA siyahını təqdim edir:

NƏŞRİN ADI 

BAŞ REDAKTOR 

TƏSİSÇİ 

"Böyük Naxçıvan" qəzeti 

İlqar Məmmədov 

İlqar Məmmədov 

"Dəryaz" qəzeti 

Habil Tağıyev 

Habil Tağıyev 

"Gündəm" qəzeti 

Habil Əliyev 

Bəhruz Quliyev 

"Ədalət uğrunda+" qəzeti 

Eldar İbişov 

Eldar İbişov 

"Media Azərbaycan" qəzeti 

Kifayət Quliyeva 

Lətif Süleymanov 

"Yeni dövr" qəzeti 

Hikmət Nəcəfli 

Hikmət Nəcəfli 

"Azərbaycan gəncliyi" qəzeti 

Azər Məmmədov 

İlqar İlyasov 

"Jurnalist və qanun" qəzeti 

İliç Əliyev 

Ramiz Əsgərov 

"Vətən andı" qəzeti 

Vaqif Hüseynov 

Vasif Hüseynov



DOSTLARINLA PAYLAŞ:

oyunlar