Region TV lisenziya alıb
14 Mart 2014 Cümə 17:36
Yeni TV-nin açıqlaması üçün elan olunmuş müsabiqenin qalibi Region TV olub.
Bu gün Milli Televiziya ve Radio Şurasının (MTRŞ) növbeti iclası keçirilib. ANS PRESS-in MTRŞ-ın saytına istinaden verdiyi melumata göre, İclasda “Milli Televiziya ve Radio Şurasının 14 yanvar 2014-cü il tarixli qerarı ile ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şeheri ve Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixden 22 fevral 2014-cü il tarixedek elan edilmiş müsabiqede iştirak etmiş Brand in Baku” MMC, “Fatiyev Company” MMC, “Region TV” MMC-nin senedlerine baxılmış, müsabiqenin neticeleri müzakire edilib.

MTRŞ “Televiziya ve radio yayımı haqqında” qanunu, “Milli Televiziya ve Radio Şurası haqqında esasname”nin 8.6, 9.6-cı bendini, “Bezi fealiyyet növlerine xüsusi razılıq (lisenziya) verilmesi qaydalarının tekmilleşdirilmesi haqqında” Azerbaycan fermanını rehber tutaraq, diger iddiaçılarla müqayisede daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya ve peşekar kadr potensialına malik olan “Region TV” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şeheri ve Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixden 22 fevral 2014-cü il tarixedek elan edilmiş müsabiqenin qalibi elan edib ve ona 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla ümumrespublika televiziya yayımı üçün 6 (altı) il müddetine xüsusi razılıq (lisenziya) verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar