Bu il regionlarda ilk dəfə olaraq gənclər təşkilatlarının fəaliyyətini özündə əks etdirən tədbirlər təşkil ediləcək. Bu istiqamətdə həyata keçiriləcək ilk tədbir iyul ayının 8-i Gəncə şəhərində baş tutacaq və sərgidə 60-a yaxın gənclər təşkilatı iştirak edəcək.
Gənclər və İdman Nazirliyinin "Gənclər təşkilatları ilə iş sektorunun müdiri" Fuad Babayevin ANS-ə verdiyi məlumata görə layihənin əsas məqsədi regionlarda əhalini gənclər təşkilatlarının işləri ilə taniş etmək, eləcə də gənclərin fəaliyyətinin gücləndirilməsinə köməklik göstərməkdir. Sərgiyə təşkilatlar öz fəaliyyətlərini əks etdirən müxtəlif broşürlər, bukletlər, foto şəkillərlə qatılacaqlar. Gəncə şəhərinin Xan bağında təşkil olunacaq sərgidə hər bir təşkilat üçün 8 kvadrat metr ərazi ayrılacaq.
Azərbaycanın bütün bölgələrində keçiriləcək tədbirlərin yekunu olaraq paytaxt Bakıda qala sərgi izləyicilərin ixtiyarına veriləcək.
İntizar Mədətqızı /ANSPRESS/