Rayonlarda yararsız məhsul aşkarlanıb
11 İyun 2009 Cümə Axşamı 12:05
İstifadə müddəti ötmüş ərzaqların arasında kolbasa, yağ, balıq konservləri, sərinləşdirici içkilər və sairə var

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti respublika ərazisində növbəti monitorinq keçirib. Nazirlikdən ANS PRESS-ə vreilən məlumata görə, monitorinq zamanı Bakı şəhəri, Nizami rayonunda “Gəncə şərq şirniyyatları”, “Ağ market”, “Çinar”, “Ruslan 93” və “Sputnik” ərzaq məhsullarının satışı mağazalarında, həmçinin Qusar şəhərində G.Bədəlovaya, Balakən şəhərində A.Budurova məxsus ərzaq mallarının satışı ilə məşğul olan ticarət obyektlərində ümumi çəkisi 1 tona yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar edilib. Bunların arasında qənnadı və kolbasa məmulatları, kərə yağı, balıq konservləri, pivə və sərinləşdirici içkilər var. Məhsullar satışdan çıxarılaraq məhv ediliblər.

Qeyd edək ki, qanun pozuntusuna yol vermiş 1 hüquqi və 6 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib.
Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 11 hüquqi şəxsə 40,5 min manat, 45 fiziki şəxsə isə 68 min manat cərimə tətbiq olunub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar