Rayonlara dolu düşəcək
16 İyun 2009 Çərşənbə Axşamı 12:05
Bakı və Abşeron yarımadasında yağış yağacağı ehtimal edilir

 

Yaxın üç gün ərzində ölkə ərazisində  tutqun hava şəraiti hökm sürəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev ANS PRESS-ə məlumat verib. Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimal-qərb  küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. 19-21 dərəcə isti olacaq. Abşeron çimərliklərində isə dəniz suyunun  temperaturu 22-23 dərəcəyə çatacaq.

İyunun 17-də  gündüz hava əsasən yağmursuz keçəcək. Şimal-qərb  küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu 17-28 dərəcəyə çatacaq. İyunun 18-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu 31 dərəcəyə kimi yüksələcək.

İyunun 19-da yenidən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.  Gündüz arabir şimal-qərb küləyinin sürəti artacaq. Havanın temperaturu 27 dərəcəyə kimi enəcək.

Azərbaycanın rayonlarında yaxın üç gündə əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış  yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacaq. Qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb  küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-30 dərəcə olacaq.

Kəmalə Məmmədova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar