Rauf Mirqədirov qızına mesaj göndərib
05 Sentyabr 2014 Cümə 16:44
Jurnalist Rauf Mirqədirov həbsdən ad günü olacaq qızını təbrik edib.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və müavini Elçin Şirinov Türkiyədən deportasiya edilən və barəsində həbs qətimkan tədbiri seçilən jurnalist Rauf Mirqədirova baş çəkiblər.
Bu barədə ANS PRESS-ə açıqlama verən E. Behbudov bildirib ki, Rauf Mirqədirov saxlanma şəraitindən və ona qarşı münasibətdən qəti şəkildə narazı olmadığını ifadə edib:
“Onun heç bir şikayəti yoxdur. Səhhəti ilə bağlı isə tez-tez qan əzyiqi qalxıb-düşür. Həkim isə Mirqədirovun onların nəzarəti altında olduğunu söylədi. Mirqədirov mənə bildirdi ki, bu işə görə özünü günahkar bilmir. Məndən xahiş etdi ki, 1 sentyabrda qızının 13 yaşı olub. Dedi ki, onun adı ilə qızını təbrik edim”.
Qeyd edək ki, Türkiyədən deportasiya edilərək Bakıya gətirilən “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov MTN-in təcridxanasına salınıb.
Rauf Mirqədirovun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət, cəsusluq) maddəsi ilə cinayət işi açılıb.
DOSTLARINLA PAYLAŞ: