Rauf Mirqədirov atasını itirdi
24 May 2014 Şənbə 11:35
Dövlətə xəyanətdə ittiham olunaraq həbs olunan jurnalist Rauf Mirqədirov atasını itirdi.
ANS PRESS-in məlumatına görə, bu barədə Rauf Mirqədirovun vəkili Fuad Ağayev öz Facebook hesabında yazıb.

Qeyd edək ki, "Ayna-Zerkalo” qəzetinin əməkdaşı 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir. Bir neçə gün əvvəl isə həbsdə olan jurnalist Rauf Mirqədirovun valideynlərinin evində axtarış aparılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Rauf Mirqədirovun vəkili Fuad Ağayev Facebook səhifəsində yazıb.

Fuad Ağayev qeyd edib ki, bir qədər bundan əvvəl Prokurorluğun ağır cinayətlər üzrə istintaq idarəsi Rauf Mirqədirovun valideynlərinin mənzilində axtarış keçiriblər. Halbuki, Rauf Mirqədirov həmin mənzildə heç vaxt yaşamayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar