Azərbaycan Respublikasının daxili işlər nazir, general-polkovnik Ramil Usubov tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, may ayının 5-də Gəncə şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu keçiriləcək. Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Qazax rayonlarının sakinləri qəbul ediləcək.
Qeyd edək ki, vətəndaşların qəbulu siyahıda birinci göstərilən şəhər polis şöbəsində keçiriləcək. Qəbul saat 11:00-da başlayır.
Ramil Usubovun qəbuluna düşmək istəyənlərin nəzərinə
Nazir mayın 5-də Gəncədə qəbul keçirəcək




Şərhlər