Daxili işlər naziri, general polkovnik Ramil Usubov bu gün Lənkəranda vətəndaşların səyyar qəbulunu keçirib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, nazir Lənkəran, Masallı, Cəlilabad rayonlarında olan vətandaşları qəbul edib. Vətəndaşlarla görüşən nazir onları narahat edən məsələlərin operativ həlli ilə bağlı aidiyyatı qurumlara tapşırıqlar verib. O, tapşırıqların nəticələri ilə şəxsən maraqlanacağı deyib.
Qəbulda nazirliyin idarə rəisləri, sözügedən rayonların polis şöbələrinin rəisləri iştirak edib.
Qeyd edək ki, nazir bundan əvvəl Xaçmazda, Gəncədə, Şəkidə vətəndaşların səyyar qəbulunu keçirib. Səyyar görüşlərin daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı keçirildiyi bildirilir. ANSPRESS
Ramil Usubov bu gün Lənkəranda qəbul keçirib
Daxili işlər naziri Ramil Usubov vətəndaşları narahat edən məsələlərin operativ həlli ilə bağlı aidiyyatı qurumlara tapşırıqlar verib.




Şərhlər