Ramil Usubov bölgələrdə vətəndaşları qəbul edəcək
29 Mart 2011 Çərşənbə Axşamı 20:47
Nazir Ramil Usubov aprelin 11-də Şəkidə, 25-də isə lənkəranda olacaq.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov daha iki bölgədə daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcək.

Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, görüşlərdən biri cari ilin aprel ayının 11-də Şəki şəhərində olacaq. Nazir burada Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələdən olan şikayətçiləri qəbul edəcək. Digər görüş isə aprel ayının 25-də Lənkəran rayonunda olacaq. Nazir burada Lənkəran, Cəlilabad və Masallı sakinlərinin şikayətlərinə qulaq asacaq. Qəbul saat 11.00-da başlayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar