Ramil Usubov Bərdədə vətəndaşları qəbul edəcək
12 May 2011 Cümə Axşamı 16:33
Qəbula 10 rayonun sakinləri yazıla bilər
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyun ayının 4-də Bərdə şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəbul Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Zəngilan rayon sakinləri üçün nəzərdə tutulub.

Vətəndaşların qəbulu siyahıda birinci göstərilən şəhər polis şöbəsində keçiriləcək. Qəbul saat 11:00-da başlayır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar