Ölkə

Ramil Səfərovun anası vəfat edib

Macarıstanda erməni hərbçi Qurgen Marqaryanı öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun anası vəfat edib.

· Xəbərçi
Ramil Səfərovun anası vəfat edib
Zabitin ailəsindən APA-ya verilən məlumata görə, uzun müddətdir, ağır onkoloji xəstəlikdən əziyyət çəkən Nübar Səfərova oktyabrın 3-də dünyasını dəyişib. Anasının vəfatı barədə R. Səfərova hələlik məlumat verilməyib.

Qeyd edək ki, 1950-ci il təvəllüdlü N. Səfərova bundan əvvəl iki dəfə əməliyyat keçirib.

Xatırladaq ki, R. Səfərov erməni zabiti Q. Marqaryanı öldürməkdə təqsirli bilinərək Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. APA

Şərhlər