Ölkə

Ramazan ayı Avqustun 1-də başlayır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərtib etdiyi təqvimə əsasən müsəlmanların müqəddəs Ramazan ayı bu il avqustun 1də başlayır.

· Xəbərçi
Ramazan ayı Avqustun 1-də başlayır
APA-nın məlumatına görə, hicri təqvimi ilə 1432-ci il Ramazan ayının 1-i miladi təqvimlə 2011-ci il avqustun 1-nə təsadüf edir.

Ramazan ayı 29, yaxud 30 gün olacaq. Ramazan ayının başa çatması və şəvval ayının başlanması hilalın (ayın) görünməsindən asılı olaraq QMİ tərəfindən elan ediləcək. QMİ bunu AMEA Şamaxı Astrofizika Rəsədxanasından aldığı məlumat əsasında bildirəcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu il avqustun 30 və 31-i Ramazan bayramı ilə əlaqədar qeyri-iş günüdür.

Qeyd edək ki, Ramazan ayı ilə əlaqədar QMİ-nin Qazılar Şurası fətva verəcək. APA

Şərhlər