Ölkə

Rabitə müəssisələri özəlləşdiriləcək

Əli Həsənov: "Özəlləşdirmə artıq bəzi birgə müəssisələrdə həyata keçirilib"

· Xəbərçi
Rabitə müəssisələri özəlləşdiriləcək
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın gələcəkdə dövlət mülkiyyətində olan rabitə müəssisələrini özəlləşdirməyi planlaşdırır.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərən birgə müəssisələrin özəlləşdirilməsi, bir neçə kiçik müəssisə istisna olmaqla artıq həyata keçirilib.

Nazir bildirib ki, özəlləşdirmə artıq bəzi birgə müəssisələrdə demək olar ki, həyata keçirilib: “Hazırda özəlləşdirmənin ikinci əsas mərhələsində sabit telefon şəbəkəsində fəaliyyət göstərən operatorlar, o cümlədən “Bakı Telefon Rabitəsi” və “Aztelekom” İstehsalat birlikləri və onlarla əlaqəli qalan bir neçə müəssisənin dövlətsizləşdirilməsi nəzərdə tutulur”.

Bunların özəlləşdirilməsi bizim gələcək planımızdır, deyə nazir vurğulayıb. ANSPRESS

Şərhlər