Qusar rayonunda tut ağacı ikinci dəfə bar verib
01 Oktyabr 2014 Çərşənbə 11:36
Qusar rayonunda qəribə hadisə baş verib. Tut ağacı ikinci dəfə bar verib.
Qusarda qəribə hadisə baş verib. Gilas ağacı yenidən yarpaqlayaraq gül açıb. Tut ağacı isə ikinci dəfə bar verib.

ANS TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, payızın soyuq havalarının hökm sürdüyü bir vaxtda təbiət öz qəribəlikləri ilə adamı təəccübləndirir. Qusarın Şarvili küçəsində yaşayan 47 yaşlı Kamil Güləhmədov həyətində qurumuş bildiyi gilas ağacının yenidən yarpaqlaması, həm də gül açmasını görəndə əvvəlcə gözlərinə inanmayıb.

Qusarda təbiətin digər möcüzəsinə isə Sahil küçəsində yaşayan Faizə Rzaquliyevanın həyətində rast gəlmək olar. Burda isə tut ağacı payızın bu çağında meyvə gətirib. 48 yaşlı ev sahibəsi tut ağacının ilk dəfə bu vaxt meyvə gətirdiyini deyir.

“Adətən tut ağacı may ayının axırında bar verir. Bu il artıq ikinci dəfədir ki, ağacda tut var. Bu bir möcüzədir”.

Azərbaycan Milli Elimlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Çoxillik Bitkilər şöbəsinin müdiri bioloq, alim Dilşad Bayramova ağacları görməsə də bu halları maraqlı və qəribə saydı. Onun sözlərinə görə, gilas ağacının təkrar çiçəkləməsi və tut ağacının ikinci dəfə bar gətirməsi həm iqlim dəyişikliyi ilə bağlı ola bilər, həm də ağaclara yaxşı qulluq edilməsi ilə.


DOSTLARINLA PAYLAŞ:

oyunlar