Qusar rayonunda kombayn çatışmazlığı yaranıb
13 İyul 2011 Çərşənbə 18:53
Qusar rayonunun bəzi kəndlərində bu səbəbdən taxıl zəmilərdə biçilməmiş qalıb.
Qusarlı sahibkarlar tarladakı məhsullarını toplaya bilmirlər. Səbəb təkcə əlverişsiz hava şəraiti deyil, həm də texnika çatışmazlığıdır. Qusar rayonunda yerli fermerlər kombayn çatışmazlığından əziyyət çəkir. Zəmilərdə məhsul yetişsə də, biçin aparmaq üçün texnika yoxdur. Rayonun elə kəndi var ki, orada nəinki buğda, hətta arpa biçininə başlanılmayıb.
Min bir əziyyətlə taxıl yetişdirdiklərini söyləyən rayonun Yasab kəndinin fermerleri hələ biçinə başlamadıqlarını deyirlər. Onların sözlərinə görə, təxminən hektar taxıl sahəsi olan kənddə bir ədəd belə kombayn yoxdur.
Fermer Şahpələng Şahbazov deyir ki, kombayn yoxdur: “Göndərsələr bir həftəyə biçini biçərik. Buğda bir həftədir yetişib, Amma biz kombaynı gözləyirik”.
Qusar İcra Hakimiyyətinin aqrar məsələlər üzrə müavini Əli Muradov isə bu il 5000 hektarı arpa olmaqla, 25 000 hektar taxıl əkildiyini söyləyərək, rayonda texnika probleminin olmadığını deyib. İcra nümayəndəsi hələlik rayonda taxılın 30 faizinin biçildiyini söyləyib.
Qusar rayon İcra Hakimiyyətinin rəsmisindən fərqli olaraq, rayon “Aqroservis” filialının müdiri İzrat İzratov texnika problemi olduğunu təsdiqləyib. Onun sözlərinə görə, kombayn problemi havaların yagıslı kecməsi ilə əlaqədardır: Digər rayonlarda biçin hələ qurtarılmayıb. Bu rayonlardan hələ kombayn gəlməyib. Gəlsə də çox az, 20-30 faiz kombayn gətirilb”.
İ. İzratovun bildirdiyinə görə, hava şəraiti stabilləşəndən sonra digər rayonlardan gələn kombaynlar bütün kəndlərə göndəriləcək və məhsulun biçilməsinə şərait yaradılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: