Quş qripi ilə bağlı monitorinq keçiriləcək
17 Aprel 2009 Cümə 12:05
Bu barədə məlumatı Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli verib

 

Aprelin 20-də ölkə ərazisində quş qripi virusunun aşkarlanması ilə bağlı növbəti monitorinq keçiriləcək. Bu barədə məlumatı ANS PRESS-ə məlumatı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli verib. Onun sözlərinə görə, bu, 2009-cu ildə keçiriləcək sayca 4-cü monitorinq olacaq. Monitorinqin yekun nəticələri may ayının 1-də bəlli olacaq.
Qeyd edək ki, üç monitorinq ərzində 6250 nümunə müayinə edilib və nümunələrin heç birində xəstəlik daşıyıcısı tapılmayıb.

Kəmalə Məmmədova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar