Qurdlar vadisi Zərdab
25 Dekabr 2009 Cümə 15:30
Rayonun Məmmədqasımlı kəndini mənşəyi məlum olmayan qurdlar basır
Zərdab rayon Məmmədqasımlı kəndində qeyri adi qurdlar peyda olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, həşəratlar ilk olaraq kənd sakini Madar Mikaylovun həyətində görünməyə başlayıblar. Ev sahibinin sözlərinə görə, artıq iki ildir ki, həyətdə mənşəyi məlum olmayan həşaratlar görünür.
“Maraqlısı odur ki, qurdlar saat 19:00-dan sonra nəmişlik yerlərdə peyda olurlar. Səhər hava işıqlanana yaxın isə onlar yoxa çıxırlar. Qurdlar sentyabr ayından çıxırlar. Mayda isə itirlər”, - deyə ev sahibi bildirib.
M.Mikayılov bu prosesin artıq iki ildir davam etdiyini qeyd edib. Əvəll həyətin 1-2 metr ərazisində olan qurdlar sürətlə yayılmağa başlayıb. Hazırda kənddə 3-4 evin həyətyanı sahəsini, tövləsini qurd basıb.
Mütəxəsis Alı Vahidov qurdların qırxayaqlılar fəslinə aid olduğunu bildirib. Onun sözlərinə görə, uzunluğu 1,5 - 2 sm olan qurdlar qara rəngdədir, dəriləri isə qlaf şəklindədir. Bu da onlara zərərvericilərə qarşı istifadə olunan dərmanın təsirindən qorunmağa imkan verir.
Mənşəyi bəlli olmayan həşəratlar barəsində Rayon Bitki Mühafizə Xidmətinə də məlumat verilib. Artıq laborator müayinə üçün həşaratlardan nümunə götürülüb. Xidmətin əməkdaşları kənd sakinlərinə həyətyanı sahələrin dərmanlanacağına söz versələr də hələlik heç bir tədbir görülməyib.
Qeyd edək ki, bu həşaratlar işıqdan və istidən qorxurlar. Nəmişlik şəraitində isə sürətlə artırlar. Onların yuva saldığı meyvə ağaçları isə quruyur.
Kənd sakinləri tədbir görülməyəcəyi təqdirdə kəndi tamamilə qurdların basacağından narahatdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: