Qurban bayramı namazı saatı
15 Oktyabr 2013 Çərşənbə Axşamı 09:56
Qurban Bayramı namazının vaxtı açıqlanıb.
Azərbaycanda Qurban Bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı məlum olub. Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun ANS PRESS-ə verdiyi məlumata görə, bayram namazı oktyabrın 16-da səhər saat 09:00-da qılınacaq.

Bütün məscidlərdə, o cümlədən “Təzə Pir” məscidində də bayram namazı qılınacaq.

Qeyd edək ki, Azərbaycanda oktyabrın 15-i və 16-sı Qurban Bayramı günü kimi qeyd olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar