“Quest Net” şirkətinin 2 üzvü həbsdən azad edilib
28 İyul 2009 Çərşənbə Axşamı 15:40
“Quest Net” şirkətinin 2 üzvü həbsdən azad edilib. Nərimanov rayon Məhkəməsi onlar barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişib

 

Dələduzluq etməkdə təqsirlənirilərək həbs edilmiş “Quest Net” şirkətinin Azərbaycan agentliyinin rəhbəri və 2 üzvü həbsdən azad edilib.

Şirkətin hüquqi təmsilçisi Natiq Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, Nərimanov rayon Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə müdafiə tərəfinin əsatəti təmin olunub.

Məhkəməin qərarı ilə “Quest Net” şirkətinin Azərbaycan agentliyinin rəhbəri Mirvaleh Ağayev, daha sonra isə digər əməkdaşlar Arif Babayev və Tərlan adlı şəxsin barəsində seçilmiş həbs-qətimkabn tədbiri dəyişdirilib.

Hazırda həbsdə olan digər 3 nəfərin barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün danışıqlar aparılır.

“Quest Net” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi iyulun 15-dən açılıb.

Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şirkətin 23 satış mərkəzində işləyən 41 nəfəri saxlayıb, onlardan 6 nəfəri həbs edilib.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar