Ölkə

Qubanın Güləzi kəndi tamamilə köçürüləcək

Buna səbəb 189 evi olan kəndin sürüşmə zonasında olmasıdır

· Xəbərçi
Qubanın Güləzi kəndi tamamilə köçürüləcək
Qubanın Güləzi kəndi tamamilə köçürüləcək. Buna səbəb kəndin sürüşmə zolağında yerləşməsidir. ANS-in məlumatına görə, kənddə araşdırma aparan rayon Fövqəladə Hallar Komissiyası mütəxəssislərinin uzun müddətli müzakirələrdən sonra gəldiyi qənaət bu olub ki, 189 evdən ibarət olan kənd üçün yeni qəsəbə salınsın və kənd rayonun Aran hissəsində yeni salınan qəsəbəyə köçürülsün. Kənddə sürüşmə hazırda da fasilələrlə davam edir.

Qeyd edək ki, 2007-ci ilin aprel ayında intensiv sürüşmə nəticəsində kənddə əksər evlərin yararsız hala düşməsi, 20-dən artiq evin isə tamamilə dağılması qeydə alınıb.

Şərhlər