Ölkə

Qubada sürüşmə aktivləşib

Qubada sürüşmə aktivləşib. 10 ev və məktəb binası zədələnib.

· Xəbərçi
Qubada sürüşmə aktivləşib
Quba rayonunda sürüşmə prosesi baş verib. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının məlumatına görə, 28-29 aprel tarixlərində Quba rayonunun Çiçi kəndində torpaq sürüşməsinə meylli sahələrdə sürüşmə prosesi fəallaşıb. Əraziyə keçirilmiş baxış zamanı müəyyən olunub ki, sürüşmənin hərəkət istiqamətində müxtəlif çatlar və yeraltı suların yer səthinə çıxışları mövcuddur.

Sürüşmə zonasında yerləşən 10 fərdi ev və məktəb binası zədələnib. Sürüşmə prosesinin aktiv olduğu bildirilir. ANSPRESS

Şərhlər