Qubada səməni atdı mərasimi keçirilib
02 Aprel 2011 Şənbə 18:24
Rayonun qız-gəlinləri, uşaqlar, yaşlı qadınlar Qudyalçaya gələrək bu adətin şərtlərini icra edirlər.
Hər il bahar bayramından 14 gün sonra - aprelin 2-si Qubada səməni atdı mərasimi keçirilir. Bayramda evdə cücərdilmiş səməni axar suya atılır. Bu, Qubada uzun illərdən bəri yaşadılan qədim adət-ənənələrdəndir.
Günorta saatlarından sonra rayonun qız-gəlinləri, uşaqlar, yaşlı qadınlar Qudyalçaya gələrək bu adətin şərtlərini icra edirlər. Yerli sakinlər deyir ki, sınanmış inanca görə, ürəyində niyyət və arzu olan şəxs axar su üstə gəlir, niyyətini edib əlindəki səmənini suya atır.
Növbəti ilədək arzusu çin olanlar xonça düzəldib yenidən su başına gəlirlər və yenidən suya səməni atır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: