Quba ve Qusar şeherlerine qar yağıb
04 Dekabr 2013 Çərşənbə 10:48
Quba ve Qusar şeherlerinde 12 santimetr qar yağıb.
Öten günden Şimal bölgesine yağan qar regionda havaların keskin deyişmesine sebeb olub. ANS PRESS-in bölge müxbirinin verdiyi melumata göre, Quba ve Qusar şeherlerinde 12 santimetr qar yağıb. Qusarın Leze kendine ise 23 santimetr qalınlığında qar yağıb. Burada havanın tempraturu menfi 12 dereceye enib.

Quba Regional Hidrometeorologiya İdaresinden ANS PRESS-e verilen melumata göre, Xızı rayonun Altıağac qesebesinde qarın qalınlığı 20 santimetr, Quba ve Qusara 12 santimetr, Xaltan-Susay-Qonaqkende 15 santimetr, Küpçal-Tengealtı-Qonaqkend zonasına ise 10 santimetr teşkil edir. Temperatur ise dağlıq erazilerde - 12, dağeteyi erazilerde ise -5, -6 dereceye enib.

Yağıntı neticesinde Qusarın 10-a yaxın kendinin elektrik enerjisi kesilib. Rayon erazisinde yollar buz bağlayıb. Qusar demek olar ki, qarın ağuşuna qerq olmasına baxmayaraq, sakinler buna sevinir.

Sakinler bildiribler ki, öten illere nisbeten bu il qar bir az gecikib. Öten illerde oktyabr-noyabr ayında yağan qar, bu il dekabrda yağıb. Yağıntı neticesinde yaşayış evlerinde problemler yaranmayıb. Helelik yollarda avtomobillerin hereketi mümkündür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar