Quba rayonunda şəhidlərimizə görə mitinq keçirildi
03 Avqust 2014 Bazar 14:33
Quba rayonu Valdimrovka kəndinin sakinləri şəhidlərin unudulmayacağını və onların qanının yerdə qalmayacağını bəyan ediblər.
Cəbhə xəttindəki atışmalar zamanı şəhid olan Quba rayonu Vladimirovka kənd sakini Elnur Məhyəddin oğlu İbrahimovun bu gün 3 mərasimi keçirilib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumatına görə, əvvəlcə şəhidin məzarı ziyarət edilib və onun ruhuna dualar oxunub.
Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Hərbi hissə nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Quba Rayon Şöbəsinin rəsmiləri mərasimində iştirak ediblər.
Müdafiə Nazirliyinin Hüquq Şöbəsinin müdiri Rauf Kişiyev şəhidin atasına 3-cü dərəcəli Hərbi Xidmətdə fərqlənmə medalını təqdim edib.
Şəhidin qanının yerdə qalmayacağa ilə bağlı kənd sakinləri mitinq keçirilib.
Onun xatirəsinə ehsan süfrəsi təşkil edilib.
DOSTLARINLA PAYLAŞ: