Ölkə

Quba məzarlığı aprelin 5-dən bağlanacaq

Qubada ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı qurbanlarının kütləvi məzarlığı aprelin 5-dən ictimaiyyət üçün bağlanacaq.

· Xəbərçi
Quba məzarlığı aprelin 5-dən bağlanacaq


Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Quba soyqırımı ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev bildirib. Onun sözlərinə görə, məzarlığın bağlanmasına səbəb burada genişmiqyaslı tikinti işlərinə start verilməsidir. Tikinti işləri ilə yanaşı, məzarlıqdakı sümüklərin də dərmanlanmasına başlanacaq. Q. Ağayev Quba məzarlığında aparılacaq tikinti işləri ilə bağlı sabah rayonda müşavirə keçiriləcəyini də bildirib.

Şərhlər