Qobustanda Adaptasiya Mərkəzi tikilir
28 Mart 2014 Cümə 15:32
Adaptasiya Mərkəzi penitensiar müəssisələrdə cəzasını çəkib qurtaran şəxslər üçün inşa edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa etdirir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, ƏƏSMN sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəzasını çəkib qurtaran şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisinə başlanılıb.

Mərkəz penitensiar müəssisələrdən azad olunmuş şəxslərin sosial mühitə uyğunlaşdırılması məqsədinə xidmət edəcək. Bu məqsədlə mərkəz dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində həmin şəxslərin hüquqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi istiqamətində müvafiq işlər görəcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar