Qobustanda 70 hektar taxıl sahəsi yanıb
15 İyul 2009 Çərşənbə 14:30
Yanğının səbəbləri bilinmir

 

Bu gün günorta saat 12:00 radələrində Qobustanda taxıl zəmisi yanıb. Bu barədə məlumatı ANS PRESS-ə qəsəbə sakinləri veriblər. Sakinlərin sözləinə görə, yanğın nəticəsində 70 hektar biçilməmiş taxıl sahəsi külə dönüb. Hələlik yanğının səbəbləri bilinmir.
Sakinlər yanğının sahəni biçmək üçün traktor gözlədikləri vaxt baş verdiyini qeyd ediblər.
Onların sözlərinə görə, taxılın biçin vaxtı keçdiyi üçün zəmilər quru olub ki, bu da alovun sürətlə yayılmasına şərait yaradıb.

Sakinlər həmçinin traktor qıtlığından da şikayət ediblər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar