QMİ xanım Fatimeyi-Zəhranı yad etdi
07 May 2011 Şənbə 17:55
Hacı Allahşükür Paşazadə xanımın şərəfinə ehsan verdi.
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin böyük konfrans zalında xanım Fatimeyi-Zəhranın (ə.s) şərəfinə tədbir keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə bütün Qafqazın şeyxi Şeyx-ul-İslam Hacı Allahşükür Paşazadə həzrətləri də iştirak edib.

Tədbirdə həmçinin İdarənin Qazilər Şurasının üzvləri, bölgələr üzrə səlahiyyətli nümayəndələrin, axundlar və Bakı İslam Universitetinin tələbə və müəllim heyəti iştirak edirdilər. Tədbirdə çıxış edən şeyx həzrətləri toplantı iştirakçılarına xanım Fatimeyi-Zəhranın İslam aləmində tutduğu yer, onun şəxsiyyətinə verilən dəyər haqqında ətraflı məlumat verib. Burada xanımın şərəfinə nohələr, mərsiyələr səsləndirilib.

Tədbir başa çatdıqdan sonra isə mərasim zalında xanımın şərəfinə ehsan verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar