Qeyri-qanuni lotereyalar haqqında xəbərdarlıq
07 Avqust 2014 Cümə Axşamı 19:40
Bakının məşhur supermarketlərində keçirilən lotereya ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Bakının məşhur supermarketlərində keçirilən lotereya ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Komitənin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumatda bildirilir ki, QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində "Araz" və "Endi" supermarketlərində stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib.

QKDK "Araz" və "Endi" supermarketləri tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

Dövlət Komitəsi həmçinin bildirir ki, QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində "Veysəloğlu" MMC-nin tərkibində olan "Ulduz" şokolad fabrikinin "Şanlı ev" kampaniyası adlı stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib və dayandırılması barəsində göstəriş verilib.

QKDK "Veysəloğlu" MMC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar