Qeyri iş günleri açıqlandı
21 Oktyabr 2013 Bazar Ertəsi 16:31
Qeyri iş günleri açıqlandı. Noyabrın 9-u Bayraq günü şenbe gününe düşdüyünden noyabrın 11-i istirahet günü olacaq.
Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-u qeyri-iş günü elan edilib. Bu barədə ANS PRESS-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.
Onun sözlərinə görə, noyabrın 9-u şənbə gününə düşdüyündən onun əvəzində noyabrın 11-i qeyri-iş günü hesab ediləcək. Nəticədə vətəndaşlar noyabrın 9,10 və 11-də istirahət edəcəklər.

Xatırladaq ki, noyabrın 12-si Konstitusiya Günü və noyabrın 17-si Milli Dirçəliş Günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar