Qənimət Zahid: Azadlıq mənim haqqımdır
18 Mart 2010 Cümə Axşamı 11:20
«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid azadlığa çıxdı.
«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid bu gün saat 08:00 radələrində Penitensiar Xidmətin Müalicə Müəsissəsindən azadlığa buraxılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Novruz bayramı münasibətilə əfv sərəncamı imzalayıb. Sərəncama əsasən, dövlət başçısına edilən müraciətlər nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir qrup şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Qənimət Zahid əfv sərəncamına münasibət bildirərkən belə deyib: «Azadlığa çıxacağım günü qətiyyətlə gözləyirdim. Azadlıq mənim haqqımdır».

Q. Zahid 2007-ci ildə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar