Qəndin qiymətində rekord artım
25 Dekabr 2009 Cümə 01:55
Dünyada qəndə olan tələbatın təklifi üstələyəcəyi gözlənilir
Dünya əmtəə bazarlarında şəkər son onilliklər ərzində rekord həddə qədər bahalaşıb. Bu, 2010-cu ildə qənd istehsalı həcminin azalacağının proqnozlaşdırılması ilə əlaqələndirilir.
Ən azı gələn ilin ilk yarısında dünyada qəndə olan tələbatın təklifi üstələyəcəyi gözlənilir. London əmtəə birjasında parça qəndin tonu ötən gün 1,5 faiz və ya 10,10 dollar artıb və 694 dollara çatıb. Ötən iki onillik ərzində qənd bu qədər bahalaşmamışdı.
Nyu-York birjasında isə qənd 1,8 faiz bahalaşıb. Bu, 1981-ci ildən indiyədək ən yüksək göstəricidir.
Ekspertlərin fikrincə, yaxın yarım il ərzində qəndin qiymətinin artmasına bir sıra amillər təsir edir. Bu amillərə Braziliyadakı leysan yağışları və Hindistandakı quraqlıq da aiddir. Həmin ölkələrdə şəkər çuğunduru istehsalının azalması ilin əvvəlindən qəndin iki dəfə bahalaşmasına səbəb olub. 2009-2010-cu il mövsümündə dünyada qəndə tələbatın təklifi 13,5 milyon ton üstələyəcəyi gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: