Qəhrəmanlar unudulmur - Albert Aqarunov
25 Aprel 2011 Bazar Ertəsi 14:50
Bu gün Milli qəhrəmanın doğum günüdür
Bu gün Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunovun doğum günüdür. Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərə başlayıb. Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edir, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olur. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar