Qəhrəmanlar unudulmur!
19 May 2011 Cümə Axşamı 09:34
Bu gün milli qəhrəman Fikrət Hacıyevin ad günüdür
Bu gün Azərbaycan Milli qəhrəmanı Fikrət Hacıyevin doğum günüdür. Fikrət Əli oğlu Hacıyev 1964-cü il mayın 19-da Goranboy rayonu Qızıl Hacılı kəndində anadan olub. O, 1991-ci ilin sonuda könüllü olaraq cəbhəyə gedir, yerli özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər məntəqələrin müdafiəsində fədakarlıqla döyüşür. 1992-ci il mayın 4-də Talış kəndi istiqamətində “Yaltaxıl” adlanan ərazinin düşməndən azad olunmasında iştirak etdi, səhərisi gün ermənilər həmin əraziyə böyük qüvvə ilə əkshücuma keçdilər, Fikrət Hacıyev qeyri-bərabər döyüşdə axıra qədər vuruşdu və qəhrəmanlıqla həlak oldu. Qızıl Hacılı kənd qəbristanlığında dəfn edilib. Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar