“Qəbələ” magistral qaz kəmərində baş vermiş qaz sızmasının aradan götürülməsi ilə əlaqədar sabah saat 10.00-dan 15.00-dək həmin kəmərlə nəql olunan təbii qazın verilişi dayandırılacaq.
Bundan başqa, “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin 356-cı kilometrliyində yaranmış qaz sızmasının qarşısının alınması məqsədi ilə sabah saat 11.00-dan etibarən bir gün müddətində qaz təchizatı dayandırılacaq.
Həmin müddət ərzində Qəbələ və Şabran rayonlarına təbii qazın verilişində müvəqqəti məhdudiyyətlər olacaq. ANSPRESS
Qəbələ və Şabranda qaz olmayacaq
Rayonların təbii qaz təchizatında müvəqqəti məhdudiyyətlər olacaq.




Şərhlər