Ölkə

Qəbələ RLS-in rekonstruksiyası 2013-cü ildə yekunlaşacaq

Bundan sonra stansiyanın ətraf mühitə mənfi təsiri minimuma enmiş olacaq

· Xəbərçi
Qəbələ RLS-in rekonstruksiyası 2013-cü ildə yekunlaşacaq
Qəbələ RLS-nin rekonstruksiyası yaxın iki ildə yekunlaşacaq. ANS PRESS-in RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, 2013-cü ildə RLS ən müasir avadanlıqlarla təchiz edilərək gücünü bir neçə dəfə artıracaq. Qəbələ RLS-in ətraf mühiti mənfi təsiri isə minimuma endiriləcək.

Bu həftə ölkəmizdə olan Rusiyanın müdafiə naziri Anatoli Serdyukov bütün texniki məsələləri həll edəcək işçi qrupu yaratmaq əzmində olduğunu bildirib. İşçi qrupu iki həftə ərzində ölkəmizdə olaraq məsələləri razılaşdıracaq.

“Mən azərbaycanlı həmkarım Səfər Əbiyevlə razılaşmanın (RLS-in növbəti müddətə ekspluatasiyası nəzərdə tutulur – red. ) bütün müddəalarını müzakirə edəcəyik”, - deyə Anatoli Serdyukov bildirib.

Qeyd edək ki, hazırda stansiyada kapital rekonstruksiya işləri aparılır. RLS-də avadanlıqlar və antennalar dəyişdirilir. Bununla bağlı RLS fəaliyyətini qismən davam etdirir.

Şərhlər