Qəbələ meşələrinin qırılmasının qarşısı alınacaq
25 Aprel 2010 Bazar 17:45
Qəbələ Rayonunda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə təmir-bərpa işləri davam etdirilir.
Qəbələ rayonunda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə təmir-bərpa işləri davam etdirilir. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu günlərdə Vəndam qəsəbəsinə yeni qaz xətinin çəkilişinə, Tüntül, Nohurqışlaq və Yengicə kəndlərində mövcud xətlərin bərpası işinə başlanılıb. Hazırda işlər sürətlə davam etdirilir.
İyuldan evlərə sayğacların quraşdırılmasına başlanılacaq və ilin sonunadək həmin kəndlərin tam qazlaşdırılması nəzərdə tutulur. Əhalinin yanacağa olan tələbatının ödənilməsi və meşələrin qırılmasının qarşısının alınması məqsədilə rayonun digər yaşayış məntəqələrinin də qazla təminatı üçün layihə-smeta sənədləri hazırlanır.
Qeyd edək ki, hazırda Qəbələnin 23 kəndində əhali təbii qazdan istifadə edir.
Bundan əlavə, Qəbələ şəhərində vaxtilə nizamsız çəkilmiş, ətraf görünüşü pozan elektrik və qaz xətlərinin müasir tələblər səviyyəsində yenidən qurulması, imkan olan yerlərdə bu xətlərin torpağın altına keçirilməsi nəzərdə tutulur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: