Qazın qiymətinin artırılması gözlənilmir
03 Fevral 2011 Cümə Axşamı 14:35
Qurum sədri Əkbər Hacıyev Tarif Şurasına bununla bağlı müraciətin edilmədiyini bildirib
Azərbaycanda istehlakçılara verilən qazın qiymətinin artırılması nəzərdə tutulmur. Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin sədri Əkbər Hacıyev bildirib. Onun sözlərinə görə, qazın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib: "Qazın qiymətinin qaldırılması nəzərdə tutulmayıb".

Xatırladaq ki, Azərbaycanda qazın qiymət artımı sonuncu dəfə 2009-cu il iyunun 30-da baş verib. Həmin vaxt əhaliyə satılan qazın hər 1000 kubmetrinin qiyməti 47,2 manatdan 100,0 manata qaldırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar