“Qazaxıstan-Azərbaycan münasibətləri dinamik inkişaf edir”
26 Avqust 2011 Cümə 15:24
Səfir: “Qazaxıstan-Azərbaycan münasibətləri dinamik inkişaf edir”
Bakı. Viktoriya Dementyeva – APA. “Qazaxıstan-Azərbaycan münasibətləri dinamik inkişaf edir və tərəfdaşlıq münasibətləri kimi xarakterizə olunur”. APA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov ölkəsinin Konstitusiya Günü ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O, yüksək səviyyəli bir sıra qarşılıqlı səfərlərin həyata keçirildiyini və ticarət əlaqələrinin inkişaf etdiyini söyləyib.
Səfir bu ilin yanvar-may aylarında ölkələr arasında ticarət dövriyyəsinin həcminin 111 milyon dollara çatdığını açıqlayıb. S. Primbetov 29-30 sentyabr tarixlərində iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini açıqlayıb. Oktyabrın 6-8-də isə Aktau şəhərində “Xəzər – dostluq dənizi” adlı illik beynəlxalq festival keçiriləcək. Bu festival çərçivəsində sənaye sərgisi təşkil olunacaq. Hazırda Azərbaycan şirkətlərinin bu tədbirdə iştirakı məsələsi həll olunur.
DOSTLARINLA PAYLAŞ: