Qaxın Marsan kəndinə ilk dəfə təbii qaz verilib
20 May 2011 Cümə 11:12
Marsan kəndinə 172 sayğac və 28 siyirtmə quraşdırılıb.
Qax rayonunun Marsan kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə “Azəriqaz” İstehsat Birliyinin və Qax rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak edib. Bildirilib ki, kəndin qazlaşdırılması məqsədi ilə aparılan tikinti işləri zamanı ümumi uzunluğu 21 min 460 metr olan müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib, 172 sayğac və 28 siyirtmə quraşdırılıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar