Qax rayonuna qar yağıb
08 Dekabr 2009 Çərşənbə Axşamı 17:55
Azərbaycanın Qax rayonuna qar yağıb.
APA-nın yerli bürosunun məlumatına görə, respublikanın şimal-qərb bölgəsində ötən gün axşam saatlarından başlayaraq qeyri-sabit hava şəraiti hökm sürür. Ötən gündən başlayaraq yağan yağış bölgənin Qax rayonunda qarla əvəz edilib. Qax rayonun Sarıbaş və İlisu kəndlərinin sakinlərinin APA-nın yerli bürosuna verdikləri məlumata əsasən, hazırda qarın qalınlığı Sarıbaş kəndində 10 sm, İlisu kəndində isə 5-6 sm təşkil edir. Qeyd edilən kəndlərdə havanın temperaturu mənfi 3 dərəcəyə qədər düşüb. APA
DOSTLARINLA PAYLAŞ: